Get Adobe Flash player

 

    

Xəbərlər

Təhsil Problemləri İnstitutunun yeni nəşrləri

Təhsil Problemləri İnstitutunun nəşr olunmuş bu kitabı “Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri” (Bakı, Mütərcim, 2014) kurikulumların hazırlanmasının tətbiqi ilə bağlı ikinci kitabdır. Kitaba institutun əməkdaşlarının kurikulumların tətbiqi məsələləri ilə bağlı apardıqları tətqiqatların nəticələri daxil edilmişdir.

 

Kitab üç hissədən ibarətdir. Birinci hissədə təhsil proqramları (kurikulumları), onların xüsusiyyətləri, ikinci hissədə təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri, üçüncü də isə fənlər üzrə məktəb kurikulumlarına aid nümunələr verilmişdir. 

Ardını oxu...

Təhsil işçilərinin 2014-cü il Sentyabr konfransları üçün tövsiyələr

Cəmiyyətin təhsil meridianında maraqlı ənənələrdən biri də müəllimlərin Sentyabr konfranslarının təşkili və keçirilməsidir. Geniş yayılmış və özünə dayanıqlı status qazandırmış bu tədbir pedaqoji ictimaiyyətin maraq dairəsində özünə elə bir yer tutub ki, onu dəyişdirmək, yaxud dayandırmaq mümkün deyil. Artıq cəmiyyətin təhsil sferasında mühüm sosial bir tələbə çevrilmiş bu tədbiri müəllimlər, təhsil mütəxəssisləri hər il dərs ilinin əvvəlində ciddi bir mərhələ kimi gözləyirlər.

Ardını oxu...

Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) maliyyələşdirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinin 1-ci Əlavəsinin (Layihənin Təsviri) B Hissəsinin (Müəllimlərin ixtisasartırma təhsilinin müasirləşdirilməsi) 1-ci bəndinə və TSİİL-in 2-ci komponentinin İcra Planına uyğun olaraq, 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinin ibtidai, V-VII siniflərində dərs deyəcək və indiyədək kurikulum təlimlərindən keçməyən müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini  rəhbər tutaraq

Ardını oxu...

Müəllimlik bir missiyadır

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə 

Biz bu müsahibəni çoxdan gözləyirdik. Əvvəlcə, mən müsahibəni apreldə - daha dəqiq desək, Mikayıl Cabbarovun təhsil naziri kimi fəaliyyətə başlamağının birinci ildönümündə aparmaq istəyirdim. Lakin ezamiyyələr, buraxılış imtahanları və digər cari məsələlər bu fikrimi üç ay təxirə saldı. Buna baxmayaraq, bu da problem yaratmırdı, çünki ünvanlayacağım sualların aktuallığı hələ də qalmaqda idi. Əlbəttə ki, son illər ərzində Azərbaycanda təhsil ilə bağlı vəziyyət çox mürəkkəb idi. Elə görünürdü ki, hətta təhsili olmayan hər kəs asanlıqla təhsil sistemində qüsurlar aşkar edə bilər. Milli təhsil sistemini tənqid etmək, demək olar ki, adi hala çevrilmişdi.

Ardını oxu...

free counters  ILK-10 Azeri Website Directory